Final oyunundan əvvəl mətbuat konfransı və açıq məşq olacaq

1 iyun 2023, 17:00

Azərbaycan Kubokunun final oyunu çərçivəsində iyunun 3-ü saat 20:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu öncəsi komandamızın baş məşqçisi Laurentsiu Regekampf və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyunun 2-si saat 17:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 18:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Qeyd edək ki, mətbuat konfransı və açıq məşq “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.