Final matçı İnqilab Məmmədova həvalə olundu

3 iyun 2023, 13:32

Azərbaycan Kubokunun final matçının təyinatları açıqlanıb. “Neftçi” – “Qəbələ” oyununun baş hakimi İnqilab Məmmədov olacaq. Ona Kamran Bayramov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Hakim-inspektor Barış Şimşek, AFFA nümayəndəsi Seymur Səlimli, VAR hakimi Əliyar Ağayev, VAR hakiminin köməkçisi Akif Əmirəli, ehtiyat VAR hakimi Cavid Cəlilov, ehtiyat köməkçi hakim Rəhman İmami olacaq.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu iyunun 3-ü saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.