“Neftçi” U-14 Liqasının bürünc medallarını qazandı

6 iyun 2023, 14:11

“Neftçi” U-14 Liqasında 3-cü yer uğrunda oyuna çıxıb. Komandamız “Turan Tovuz”a qalib gəlib – 1:0. Binə qəsəbə stadionunda keçirilən matçda qələbə qolunu Rüstəm Hüseynli vurub.

Oyundan sonra baş tutan mükafatlandırma mərasimində komandamızın üzvlərinə bürünc medalları veteran futbolçu Rüstəm Rəhimov təqdim edib.

Qeyd edək ki, U-13 komandamız sabah final matçına çıxacaq. Saat 17:00-da eyni məkanda keçiriləcək “Neftçi” – “Sabah” oyunu da bugünkü görüş kimi “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.