“Neftçi” bu mövsüm çempionatda ilk qələbəsini qazandı

27 avqust 2023, 21:35

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Ağ-qaralar” 4-cü turda “Qəbələ”ni məğlub edib – 2:0. “Neftçi Arena”da baş tutan matçda qolları Rəhman Hacıyev (45+3-cü dəqiqə) və Yuri Matias (79-cu dəqiqə) vurublar. 70-ci dəqiqədə isə qapıçı Rza Cəfərov qırmızı vərəqə aldığı üçün komandamız oyunu azlıqda davam etdirib.

Qeyd edək ki, bununla da bu mövsüm çempionatda ilk qələbəsini qazanan “Neftçi” 4 oyundan 5 xal toplayıb.