“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu

16 sentyabr 2023, 20:31

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Ağ-qaralar” 6-cı turda “Araz-Naxçıvan”la qarşılaşıb. “Dalğa Arena”da baş tutan matçda meydan sahibləri qələbə qazanıb – 1:0. Yeganə qolu 81-ci dəqiqədə penaltidən Orxan Əliyev vurub. Bundan 5 dəqiqə sonra Kadiri Mohammed qırmızı vərəqə aldığı üçün “Araz-Naxçıvan” azlıqda qalıb.

Qeyd edək ki, “Neftçi” 6 oyundan 8 xalla 5-ci yeri tutur.