“Sabah” – “Neftçi” oyununu Əliyar Ağayev idarə edəcək

21 yanvar 2024, 13:03

Misli Premyer Liqasında 19-cu turun təyinatları açıqlanıb. “Sabah” – “Neftçi” matçının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. VAR hakimi İnqilab Məmmədov, VAR hakiminin köməkçisi Kamran Bayramov, hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi Emin Cəfərov olacaq.

Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu bu gün saat 16:00-da “Bank Respublika Arena”da keçiriləcək.