“Neftçi” – “Qəbələ” matçının biletləri satışa çıxarıldı

23 yanvar 2024, 18:54

Misli Premyer Liqasının 20-ci turu çərçivəsində yanvarın 28-i saat 17:30-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 2 (1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 10 (3A) və 15 (VIP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-qebele-fk28.01/109696

“Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 10:00-dan etibarən satışda olacaq.