“Sumqayıt”la oyunun hazırlığı yekunlaşdı

3 fevral 2024, 19:00

“Neftçi” Misli Premyer Liqasının 21-ci turunda qarşılaşacağı “Sumqayıt” klubu ilə oyunöncəsi son məşqə çıxıb. “Flaqman” bu gün “Neftçi” Futbol Mərkəzində məşq edib. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, fevralın 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 15:00-da başlanacaq.