“Araz-Naxçıvan”la matçın hazırlığı başa çatdı

12 fevral 2024, 18:14

“Neftçi” Misli Premyer Liqasının 22-ci turunda qarşılaşacağı “Araz-Naxçıvan” klubu ilə oyunöncəsi son məşqə çıxıb. Bu gün “Neftçi” Futbol Mərkəzində baş tutan hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, fevralın 13-də “Dalğa Arena”da keçiriləcək oyun saat 19:30-da başlanacaq.