3 futbolçumuz U-17 milli komandasında!

13 fevral 2024, 16:00

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı başlayıb. Fevralın 16-dək davam edəcək hazırlıq prosesində “Neftçi” PFK-nın 3 üzvü – Məhdi Həsənov, Elvin Vəliyev və Vüsal Kərimov iştirak edirlər.

Qeyd edək ki, Bakı toplanışından sonra Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək yekun heyət müəyyənləşəcək.