“Neftçi-2”dən növbəti böyükhesablı qələbə

14 fevral 2024, 18:16

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti böyükhesablı qələbəsini qazanıb. “Ağ-qaralar” 22-ci turda “Araz-Naxçıvan-2”ni 4:0 hesabı ilə məğlub edib. Binə qəsəbə stadionunda keçirilən matçda qolların hamısını Ağadadaş Salyanski vurub. O, 35, 70, 75 və 81-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, “Neftçi-2” 22 oyundan 55 xalla turnir cədvəlinin vahid lideridir.