“Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarıldı

14 fevral 2024, 18:00

Misli Premyer Liqasının 23-cü turu çərçivəsində fevralın 18-i saat 18:00-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zirə” oyununun biletləri satışa çıxarılıb. Qiyməti 2 (1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 10 (3A) və 15 (VIP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-zire-fk18.02/110862

“Neftçi Arena”nın kassalarında isə 1A və 5A sektorlarına olan biletlər (qiyməti 2 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.