“Neftçi” – “Qarabağ” oyununda uşaqlara dəstək

3 mart 2024, 19:13

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində bu gün “Neftçi Arena”da keçirilən “Neftçi” – “Qarabağ” oyunu uşaqlara həsr olunan tədbirlə də əlamətdar olub. Peşəkar Futbol Liqası və “Nəfəs” Psixi Sağlamlıq Akademiyasının təşkilatçılığı ilə futbolçular meydana uşaqlarla – “Uşaqlar nəfəsimizdir” devizi altında çıxıblar. Bu addımda “Neftçi” və “Qarabağ” klubları da uşaqlara dəstək olublar.

Psixi narahatlıqlar, ümidsizlik, hər şeyin sonu demək deyil. Uşaqlara sağlam həyat, xoşbəxt gələcək arzulayırıq.