“Neftçi-2”dən inamlı səfər qələbəsi

10 mart 2024, 17:15

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. Komandamız 26-cı turda “Kəpəz-2” ilə qarşılaşıb. “Ağ-qaralar” Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutan görüşdə Ağadadaş Salyanskinin 13-cü və 44-cü dəqiqələrdə vurduğu qollarla qalib gəlib – 2:0.

Qeyd edək ki, “Neftçi-2” 26 oyundan 64 xalla liderliyini davam etdirir.