“Səbail”lə matçın hazırlığı yekunlaşdı

14 mart 2024, 19:57

“Neftçi” Misli Premyer Liqasının 27-ci turunda qarşılaşacağı “Səbail”lə oyunöncəsi son məşqə çıxıb. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində hazırlaşıb. Məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, martın 15-i “Neftçi Arena”da keçiriləcək matç saat 19:00-da başlanacaq. Oyun biletlərini iticket.az saytı vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür.