“Neftçi”nin 2 üzvü İngiltərə və Ukrayna yığmalarına qarşı

18 mart 2024, 13:26

Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Martın 22-si İngiltərə, 26-sı isə Ukrayna yığması ilə qarşılaşacaq U-21-ə “Neftçi”dən 2 futbolçu – Ağadadaş Salyanski və Rüfət Abbasov dəvət olunub. Hər iki oyun “Azersun Arena”da keçiriləcək və saat 16:00-da başlanacaq.