“Neftçi” “Sumqayıt”la heç-heçə etdi

7 aprel 2024, 22:55

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 29-cu turda “Sumqayıt”la qarşılaşıb. “Neftçi Arena”da baş tutan matçda heç-heçə qeydə alınıb – 1:1. 13-cü dəqiqədə Yuri Matias avtoqola imza atıb. 73-cü dəqiqədə isə Emin Mahmudov hesabı bərabərləşdirib. Onun yerinə yetirdiyi penaltidən sonra qapıçı topu qaytarsa da, kapitan təkrar zərbə ilə toru silkələyib.

Qeyd edək ki, “Neftçi” 29 oyundan 44 xalla turnir cədvəlində 3-cü yeri tutur.