“Zirə” – “Neftçi” matçının bütün təyinatları açıqlandı

20 aprel 2024, 16:15

Misli Premyer Liqasında 31-ci turun təyinatları açıqlanıb. “Zirə” – “Neftçi” matçının baş hakimi İnqilab Məmmədov olacaq. Ona Namiq Hüseynov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Müslüm Əliyev, hakim-inspektor Əmrah İbrahimov, AFFA nümayəndəsi İlham Əliyev olacaq.

Qeyd edək ki, “Zirə” – “Neftçi” oyunu bu gün saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.