Qələbəni əldən verib məğlub olduq

20 aprel 2024, 21:06

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 31-ci turda “Zirə” ilə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda baş tutan matçın 19-cu dəqiqəsində Emin Mahmudov penalti ilə hesabı açıb. Buna baxmayaraq, meydan sahibləri 3 dəfə fərqlənərək qalib gəliblər – 3:1. Rəqibin qollarını Rəhim Sadıxov (43-cü dəqiqə), Fuad Bayramov (78-ci dəqiqə) və Vladislav Kulaç (85-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 31 oyundan 47 xalla turnir cədvəlində 4-cü yeri tutur.