“Neftçi”nin 4 üzvü qadınlardan ibarət U-17 milli komandasında!

23 aprel 2024, 17:01

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində iştirak edəcək. Belarusun paytaxtı Minskdə təşkil olunacaq oyunlara hazırlıq məqsədilə aprelin 25-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçəcək milliyə “Neftçi” PFK-nın 4 üzvü – Ayşən Salamzadə, Səma Əsədova, Cənnət Hüseynova və Aylin Kərimova dəvət alıb.

Qeyd edək ki, U-17 mayın 2-də Belarus, 4-də Qazaxıstan, 7-də isə Türkiyə yığmaları ilə qarşılaşacaq.