“Qarabağ”la cavab oyunumuzu Əliyar Ağayev idarə edəcək

24 aprel 2024, 14:24

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” matçının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək. VAR hakimi Kamal Umudlu, VAR hakiminin köməkçisi Kamran Bayramov, hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi Elgiz Abbasov olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.