Əhməd Ələsgərov | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Əhməd Ələsgərov

İn­di­ki A.Ba­kı­xa­nov qə­sə­bə­sin­də ya­şa­yan bö­yük, o qə­dər də im­kan­lı ol­ma­yan ai­lə­nin beş oğ­lu ye­tə­rin­cə çə­tin hə­yat tər­zi sü­rüb. Ata­sı­nı mü­ha­ri­bə­də iti­rmiş uşaq­lar­dan bi­ri - Əh­məd Ələs­gə­rov hə­min ağır gün­lə­ri ar­xa­da qoy­maq üçün hər əziy­yə­tə qat­laş­ma­ğa ha­zır idi. Məhz bu iş­gü­zar­lı­ğı, qar­şı­sı­na qoy­du­ğu məq­sə­də çat­maq is­tə­yi onu 19 ya­şın­da "Neft­çi"nin he­yə­ti­nə gə­ti­rib çı­xa­rır. İlk də­fə ad gü­nü­nü də ko­man­day­la bir­gə ke­çi­rir.

Ələs­gə­ro­vun "Neft­çi" kar­ye­ra­sı uzun olur. O, 10 il top qov­du­ğu ko­man­da­da kar­ye­ra­sı­na da son qo­yur. Am­ma bu müd­dət­də cid­di­li­yi, ko­man­da­da qa­zan­dı­ğı nü­fu­zu sa­yə­sin­də ka­pi­tan sar­ğı­sı­na da sa­hib olur. Oyun­la­rın bi­rin­də al­dı­ğı zə­də onu çox sev­di­yi fut­bol­dan ayı­ra bil­məz­di. Ələs­gə­ro­vun məşq­çi­lik kar­ye­ra­sı da be­lə baş­la­yır. İlk vaxt­lar gənc məşq­çi "Neft­çi"nin əvə­ze­di­ci he­yə­ti­ni ça­lış­dı­rır. 1966-cı ilin əv­və­lin­də baş məşq­çi So­ko­lo­vun ye­ri­nə keç­mə­yə isə onun al­ter­na­ti­vi ol­mur. Əh­məd bə­yin sa­biq oyun­daş­la­rı­na rəh­bər­li­yi elə ilk möv­süm­də­cə bəh­rə­si­ni ve­rir. "Ağ-qa­ra­lar" SSRİ çem­pio­nat­la­rı ta­ri­xin­də bü­rün­c mükafatı qa­za­nır.

   

"Fik­rim­cə, ağıl­lı məşq­çi­yə "get" de­mək yer­siz­di. O özü şə­rai­ti qiy­mət­lən­di­rib, la­zı­mi ad­dı­mı at­ma­lı­dı" - prin­si­pi­ni mü­tə­xəs­sis da­im əsas tu­tur­du. Bu sə­bəb­dən­di ki, o heç vaxt iş ax­tar­mır, işin gə­lib onu tap­ma­sı­nı göz­lə­yir­di. İlk də­fə "Neft­çi"dən ay­rıl­ma­ğa məc­bur olan­da da gənc ça­lış­dı­rı­cı ya­şıd­la­rı­na uy­ğun ol­ma­yan dü­şün­cəy­lə qə­rar ver­miş­di. 31 ya­şın­da bü­rün­cün me­ma­rı olan Əh­məd bəy al­dı­ğı çox­say­lı tək­lif­lər ara­sın­da elə­si­ni seç­mə­liy­di ki, or­da­kı uğur­suz­luq nü­fu­zu­na xə­ləl gə­tir­mə­sin. Təc­rü­bə­li­lər ki­mi özü­nü sı­ğor­ta­la­maq üçün nə­yin nə vaxt gə­rək ol­du­ğu­nu gənc ikən də Ələs­gə­rov yax­şı bi­lir­di. Onun hər məşqçi kimi özünəxas fiziki və taktiki hazırlıq planı var idi. Amma Ələsgərovun futbolçuları psixoloji cəhətdən hazırlamasına dünyanın ən güclü məşqçiləri də həsəd apara bilərdilər. Məhz bunun hesabına ən uğurlu nəticələr əldə etdiyini daim vurğulayan məşqçi dəfələrlə uzaq xaricdən olan təklifləri rədd edib: «Mənim əsas silahım futbolçularla söhbət aparıb onları psixoloji cəhətdən hazırlamaqdır. Mən onların dilini bilməsəm necə söhbət edəcəm? Tərcüməçi isə heç vaxt mənim sözlərimi məhz mən deyən kimi oyunçulara çatdıra bilməz».

Mü­tə­xəs­sis də­fə­lər­lə ça­lış­dı­ğı klub­la­rı də­yiş­sə də, ürə­yi hə­mi­şə "Neft­çi"nin ya­nın­da olub.
Bu sə­bəb­dən­dir ki, hər də­fə doğ­ma ko­man­da­dan al­dı­ğı tək­li­fi qə­bul edib. Hət­ta la­zım gə­lən­də əlin­də qur­maq­da ol­du­ğu ko­man­da­nı ya­rım­çıq bu­rax­maq­la ba­rış­sa be­lə. Am­ma bu dö­nüş­lə­rin heç bi­rin­də əv­vəl­ki uğu­ru tək­rar­la­ya bil­mir­di. 1992-ci ildə Ələs­gə­rov "Neft­çi"yə ta­ri­xin­də ilk çem­pi­on­lu­ğu - müs­tə­qil Azər­bay­can­ futbolu tarixində qa­zan­dır­dı və ko­man­da­dan get­di. Get­di ki, növ­bə­ti də­fə xi­las­kar ki­mi ge­ri­yə dön­sün.

Əh­məd bə­yin "Neft­çi"yə son dö­nü­şü diq­qət çə­kən uğur­la yad­da qal­ma­dı.
Əvə­zin­də ad­lı-san­lı "Srve­na Zvez­da"yla ba­şa­baş mü­ba­ri­zə, bir də in­di­yə­dək ide­ya ki­mi qa­lan su­perk­lub ar­zu­su­nun hə­ya­ta ke­çi­ril­mə­si­nə baş­la­ma­sı yad­daş­lar­da qa­lıb. Əh­məd Lə­ti­fo­viçin yığ­ma­da və "Neft­çi"də ça­lış­ma­sı­nın sin­te­zi də məhz su­perk­lub for­ma­laş­dır­ma­ğa xid­mət edir­di. Am­ma müm­kün ol­ma­dı. Ha­di­sə­lə­rin axa­rı onu hə­mi­şə ol­du­ğu ki­mi ye­nə səs­siz­cə Ba­kı­nı tərk et­mə­yə va­dar et­di. Bu, mü­tə­xəs­si­sin "Neft­çi"dən son ge­di­şi i­di...

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism