Anatoli Terentyev | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Anatoli Terentyev

Böyük Vətən müharibəsindən sonrakı illərdə bütün sahələrdə olduğu kimi, idmanda da vəziyyət ağır idi. Böhrandan çıxmaq üçün hər yerdə əməli işə başlanılsa da, həyatın normal məcraya düşməsi üçün bir neçə il tələb olunurdu. Uşaq futbolu məktəblərindən əsər-əlamət qalmadığından, digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycanın da 1 nömrəli komandası gənclərə ümid edirdi. Elə Anatoli Terentyevin də komandamıza yolu həmin vaxt açıldı. O, 1950-ci ildə «Neftçi»nin əvəzedici heyətinə cəlb edildi. Bir ildən sonra Terentyev artıq əsas heyətə qatıldı. Həmin vaxt flaqman A sinfində mübarizə aparırdı.

Ancaq iş elə gətirdi ki, o dövrdə «Neftyanik» adlanan komandamız B sinfinə düşdü.
ƏləkbərMəmmədov və Yuri Kuznetsov «Neftyanik»i tərk edəndən sonra AnatoliTerentyev komandanın liderlərindən birinə çevrildi. İndi Tofiq Bəhramovun adını daşıyan stadionun açılış matçında Terentyev də iştirak edib. 1951-ci ildə keçirilmiş həmin görüşdə komandamız Vilnüs «Spatrak»ı üzərində qələbə qazanıb. Həmin günü Terentyev belə xatırlayır: «Stadionda böyük izdiham var idi. Hamı sevinc içində idi. Çünkio vaxt Zaqafqaziyada ən böyük stadion məhz Bakıda açılırdı. Respublika rəhbərliyi, başda Mircəfər Bağırov olmaqla açılış mərasimində iştirak edirdilər. Futbol oyunundan əvvəl stadionun üzərində dövrə vuran təyyarələrdən meydana futbol topu atırdılar».

Terentyev nadir futbolçulardandır ki, bütün mövqelərdə uğurla oynayıb. Məşqçilər hansı mövqedə boşluq yaranırdısa, Terentyevi ora göndərirdilər. O, Viktor Novikovun vaxtında 2 il cinah müdafiəçisi kimi çıxış etdikdən sonra 1955-ci ildə Valeri Timakov Terentyevi yarımmüdafiəyə keçirdi. Tolik bu mövqedə də inamlı oynayaraq, məşqçilərin etimadını doğrultdu. Boris Arkadyevin dövründə futbolçu mərkəz müdafiəçisi kimi sınandı. Gözlənilənlərin əksinə, yenə də uğurla! 11 il komandamızın şərəfini qorumuş Terentyev son 3 mövsümdə kapitan sarğısını da daşı. Karyerasının ən yaxşı illərində Moskva «Torpedo»su və Kişinyov «Moldova»sı həmyerlimizi öz heyətində görmək istəyirdi. Lakin Bakını çox sevən Tolik buradan ayrıla bilmədi.

Karyerası ərzində 2
6 qol vuran futbolçu üçün bunlardan biri daha əzizdir. Respublika stadionunda Qırğızıstan klubu ilə keçirilən qarşılaşmada Terentyev təxminən 40 metrdən «doqquzluğ»u dəqiq nişan almışdı.

Terentyev butslarını mismardan asdıqdan sonra bir müddət Vladimir Karmayevin rəhbərliyi altında uşaq futbol
u məktəbində işləyib. İki il orada çalışdıqdan sonra Krapotkin «Lokomotiv»inə üz tutub. Krasnodar diyarının birinciliyində çıxış edən klubda 3 il baş məşqçi işləyib. Terentyev vətənə döndükdən sonra Neftayırma zavodunda bədən tərbiyəsi üzrə təlimatçı kimi də fəaliyyət göstərib. Tolik ömrünün son illərini də sevimli «Neftçi»sinə bağlayıb. Əvvəlcə komandamızın bazasında çilingər işləyən Terentyev hətta qazanxanada ocaqçı peşəsinin də «dadına baxıb».

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism