Rafiq Əlizadə | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Rafiq Əlizadə

15 mövsüm, 211 oyun, 13 qol – Rafiq Əlizadənin "Neftçi”dəki karyerası parlaq və yaddaqalan olub. 18 yaşlı Rafiq "Neftçi”də 1967-ci ildə Çelyabinsk "Lokomotiv”i ilə kubok oyununda debüt edir və meydana çıxdıqdan cəmi bir neçə dəqiqə sonra qol hesabını açır.

Artıq gələn mövsüm Əlizadə əsas komandanın heyətində çempionatda 29, kubokda isə 3 oyunda forma geyinir.
Düzdür, sonradan zədələr səbəbindən əsas heyətdəki yerini itirir, bununla belə, ehtiyat oyunçu kimi çox faydalı olur. Məşqçilər çətin anlarda onun xidmətindən tez-tez yararlanırdılar. Əlizadə meydanı görmə qabiliyyəti, texnikası və dözümlülüyü ilə seçilirdi.

Rafiq Əlizadə 1973-cü ildə Tiraspolun "Zvezda” klubuna keçir, 1
975-ci ildə isə Odessa "Çernomorets”inin formasını geyinir. O, bir ildən sonra birinci liqada ikinci yeri tutaraq yüksək liqaya vəsiqə qazanmış "Neftçi”yə qayıdır. Əlizadə karyerasını 1989-cu ildə Bakının "MÇOP-Termist” klubunda 6 oyun keçirməklə başa vurur.

Rafiq Əlizadənin sonrakı idman karyerası futzalla bağlıdır. Uzun müddət Moskva "Dina”sının idman direktoru vəzifəsində çalışmış veteran futbolçumuz hazırda klubun idman siyasəti üzrə vitse-prezidenti vəzifəsində çalişir.

Yeri gəlmişkən, Əlizadə deyir ki, "Dina” Bakıda "doğulub”: "1991-ci ildə SSRİ yığma komandası Bakıda təlim-məşq toplanışında idi.
Məhz orada bizim prezident Sergey Kozlovun ağlına klub yaratmaq fikri gəldi və onu həyat yoldaşının şərəfinə adlandırdı. Yəni şəhərimizin "Dina” klubunun yaradılması ilə bilavasitə əlaqəsi var”.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism