Sergey Kramarenko | Neftçi PFK

“Neftçi” Peşəkar Futbol Klubu

Sergey Kramarenko

Azər­bay­can fut­bol ta­ri­xi­nin "bir nöm­rə"si söz­süz ki, Ser­gey Kra­ma­ren­ko­du. 1946-ci il may ayının 27- Gəncədə doğulan Kramarenko ki­çik fa­si­lə­lər­lə 20 il bir nöm­rə­li ko­man­da­nın - "Neft­çi"nin qa­pı­sı­nı qo­ru­yan qol­ki­pe­ri di­gər­lə­rin­dən "ağ-qa­ra­lar"a olan sev­gi fərq­lən­di­rir.

Kra­ma­ren­ko­nun "Neft­çi"ni son də­fə tərk et­mə­si san­ki dü­nə­nə tə­sa­düf et­miş­di. 1993-cü ildə o, doğ­ma ko­man­da­ya sev­gi­si­nin tə­cəs­sü­mü ki­mi çə­tin və­ziy­yət­də olan "Neft­çi"nin sü­ka­nı ar­xa­sı­na keç­di, elə bu sev­gi­yə gö­rə ora­nı tərk et­di. Baş məşq­çi və he­yə­tin 12 fut­bol­çu­su get­dik­dən son­ra çə­tin, hər "oğul"un al­tı­na gir­mə­yə­cə­yi mə­su­liy­yə­ti üzə­ri­nə gö­tü­rüb ko­man­da­nı ye­ni­dən for­ma­laş­dır­dı­ğı 1993-cü il möv­sü­mü­nü so­na da çat­dır­ma­dı. Öl­kə ku­bo­ku­nun "Qa­ra­bağ"la mat­çın­da ha­kim haq­sız­lı­ğı­na - yox, "Neft­çi"nin haq­qı­nın tap­dan­ma­sı­na göz yu­ma bil­mə­di. Re­fe­ri­nin «dər­si­ni ve­rən», oyun­çu­la­rı sa­kit­ləş­dir­mək üçün mey­da­na da­xil olan Ser­gey Ser­ge­ye­viç özü ha­ki­mə əl qal­dır­dı. Cə­za­la­na­ca­ğı­nı, fut­bol­dan kə­nar­laş­dı­rı­la­ca­ğı­nı göz önü­nə gə­tir­sə də, ko­man­da­sı­nın haq­qı onun üçün da­ha yük­sək idi. Bu kə­nar­laş­ma onun Ba­kı təm­sil­çi­sin­dən son ge­di­şiy­di.

O
, qa­pı­çı ol­du­ğu il­lər­də də be­ləy­di - "Neft­çi"nin hü­qu­qu­nu qo­ru­maq üçün cə­za­dan da çə­kinmir­di. 18 ya­şın­da res­pub­li­ka­nın əsas ko­man­da­sı­na gə­lib, iki ilə əsas qa­pı­çı ol­ma­ğı ba­ca­ran və həmin il bü­rünc me­da­la se­vi­nən Kra­ma­ren­ko­nun "Neft­çi"dən ilk ay­rı­lı­ğına da bu sə­bəb ol­du. 1971-ci il­də flaq­ma­na qar­şı ha­ki­min et­diyi haqsızlıqlar ar­tıq təc­rü­bə­li sa­yı­lan qa­pı­çı­nı özün­dən çı­xa­rdı. Ros­tov­da OİK-lə matç­da ha­ki­mə vur­du­ğu iki yum­ruq onu fut­bol­dan üç il­lik kə­nar­laş­dır­maq is­tə­yənlə­rə əsas ver­di. Kra­ma­ren­ko­suz ilk möv­süm­də­cə "Neft­çi" bi­rin­ci dəs­tə­yə yu­var­lan­dı. Cə­za­sı yüngül­ləş­di­ri­lən qa­pı­çı ko­man­da­ya dön­sə də, tez­lik­lə eli­ta klu­bu "Çer­no­mo­rest"ə keç­mək­lə komanda­dan ay­rıl­dı.

   

"Neft­çi" güc­lü­lər dəs­tə­si­nə qa­yı­dan­dan son­ra Kra­ma­ren­ko Əh­məd Ələs­gə­ro­vun ya­nın­dan və­tə­nə üz tut­du
: üçün­cü də­fə "Neft­çi"dən ay­rıl­maq üçün. Am­ma bu də­fə kar­ye­ra­sı­nı bi­tir­mək is­tə­yən qol­ki­per qı­sa müd­dət Lən­kə­ran­da oy­na­dıq­dan son­ra doğ­ma ko­man­da­sı­na qa­yı­dıb qa­pı­çı­la­rın məşq­çi­si oldu. Tez­lik­lə mey­da­na qa­yıt­maq məc­bu­riy­yə­ti onu da­ha iki il ko­man­da­ya bağ­la. Elə son­ra­lar da "Neft­çi"də məşq­çi ki­mi il­lər ke­çi­rən Kra­ma­ren­ko baş məşq­çi zir­və­sin­dən "ağ-qa­ra" rəng­lər­də ay­rı­ldı.

"Neft­çi"nin qa­pı­sı cə­mi 8 il Kra­ma­ren­ko­suz qal­dı. İ
lk mil­li çem­pio­nat­da Ser­gey Ser­ge­ye­vi­çin oğ­lu Dmit­ri ko­man­da­nın əsas he­yə­tin­də pey­da ol­du. Hal-hazırda Dmitri Kramarenko əsas komandamızın qapıçılar üzrə məşqçisidir.

Sergey Kramarenko 2008-ci il mart ayının 25-də Moskvada vəfat edib.

Fifa


UEFA


AFFA


PFL


ECA


SOCAR


ASAN


Acibadem


pwc


No To Racism