“Neftçi” “Qarabağ”a böyük hesabla qalib gəldi

27 aprel 2023, 17:00

“Neftçi” Gənclər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 33-cü turda “Qarabağ”a 3:0 hesabı ilə qalib gəlib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda İbrahim Piriyev dubla imza atıb. Digər qolu Bəhruz Qurbanlı vurub.

Qeyd edək ki, “Neftçi” 29 oyundan 66 xalla 2-ci yeri tutur.