“Turan Tovuz”la oyunun bütün təyinatları açıqlandı

7 may 2023, 14:06

Premyer Liqada 33-cü turun təyinatları açıqlanıb. “Turan Tovuz” – “Neftçi” oyununun baş hakimi Kamal Umudlu olacaq. Ona Akif Əmirəli və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək. Hakim-inspektor Asim Xudiyev, AFFA nümayəndəsi Rüfət Əmirov, VAR hakimi Vüqar Həsənli, VAR hakiminin köməkçisi Zeynal Zeynalov olacaq.

Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” oyunu mayın 7-si saat 15:00-da Tovuz şəhər stadionunda keçiriləcək.