“Neftçi-2” Qəbələdən 1 xalla qayıdır

9 may 2023, 20:19

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 28-ci turda “Qəbələ-2”nin qonağı olub. Qəbələ şəhər stadionunda keçirilən matç heç-heçə nəticələnib – 1:1. 58-ci dəqiqədə meydan sahiblərinin üzvü Rauf Məhərrəmov hesabı açsa da, 90-cı dəqiqədə Ağadadaş Salyanski bərabərlik qolunu vurub.

Qeyd edək ki, “Neftçi-2” 26 oyundan 53 xalla turnir cədvəlində 2-ci yeri tutur.