Gənclər Liqasında bol qollu qələbə

14 may 2023, 17:42

“Neftçi” Gənclər Liqasında növbəti qələbəsini qazanıb. Komandamız 36-cı turda “Şamaxı”nı 4:3 hesabı ilə məğlub edib. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən matçda “ağ-qaralar”ın qollarını Enar Ağalarov, Aslan Şirinov, Aslan Hətəmov və Bəhruz Qurbanlı vurublar.

Qeyd edək ki, “Neftçi” 32 oyundan 75 xalla 2-ci yeri tutur.