Şəhid övladları və Bakı-İstanbul liseyinin şagirdləri üçün stadion turu

25 may 2023, 17:00

Dünən “Neftçi” PFK, “YAŞAT” Fondu və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə şəhid övladları üçün stadion turu təşkil olunub. 16-18 yaşlı gənclər klubun “Bakcell Arena”da yerləşən muzeyi, fan-şop, komandamıza aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olub, meydançaya ayaq basıblar. Daha sonra “Türk Hava Yolları Futbol Mərkəzi”nə yollanan kollektiv əsas komandamızın məşqini izləyib, futbolçularla söhbətləşib, şəkil çəkdirib və onlardan avtoqraf alıblar.

Bu gün eyni məkanda keçirilən stadion turunda isə qonağımız Bakı-İstanbul liseyinin şagirdləri olublar.