Aysu İbrahimli

  • Çalışmağa başladığı il:

    2023


  • Doğum tarixi:

    12.10.1992

Aysu İbrahimli 1992-ci il oktyabrın 12-də anadan olub. O, 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin idarə olunması fakültəsində, 2013-2014-cü illərdə isə Mövlana mübadilə proqramının ilk iştirakçılarından biri kimi Türkiyənin Sakarya Universitetində təhsilini davam etdirib.

İş fəaliyyətinə tələbəlik illərindən başlayan Aysu İbrahimli müxtəlif zamanlarda “Media” FM-də radio aparıcısı, prodüser və redaktor, “Universal McCann Azerbaijan”da kopirayter, “Endorphin” reklam agentliyində baş kopirayter və layihə meneceri, “Baku Media Center”də kreativ direktor kimi çalışıb. Hazırda “Neftçi” PFK-da Kommunikasiya departamentinin rəhbəridir.