Yens Andersson

  • Çalışmağa başladığı il:

    2023


  • Doğum tarixi:

    17.11.1972

Yens Andersson 17 noyabr 1972-ci ildə anadan olub.

Avropanın təcrübəli, tanınmış futbol funksionerlərindən olan Andersson İsveçin “AİK Solna” (2010-2013, 2014, 2018-2020), Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Aarhus” (2014-2016) kimi klublarında və İsveç millisində (2022-2023) idman direktoru vəzifəsində çalışıb.

Son müddət ərzində İsveçin bütün yaş qrupu üzrə milli komandalarında, həmçinin uğurlu çıxış edən qadınlardan ibarət milli komandada keçirilən islahatlarda böyük pay sahibidir.

Yens Andersson 2023-cü ilin sentyabrından “Neftçi” PFK-nın idman direktorudur.