Səbuhi Rzayev
-
Çalışmağa başladığı il:
2023
-
Doğum tarixi:
23.05.1967
Səbuhi İsrail oğlu Rzayev 1967-ci il mayın 23-də Bakıda anadan olub.
1984-1991-ci illərdə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat, 1992-1994-cü illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyatın idarə edilməsi ixtisası üzrə təhsil alıb.
1991-2000-ci illərdə hüquq mühafizə orqanlarında çalışıb.
2001-2014-cü illər ərzində BP şirkətinin Azərbaycanda olan meqa layihələri çərçivəsində Halliburton” və “Caspian Pipe Coatings” kimi şirkətlərdə rəhbər vəzifələri icra edib. Həmin ərəfədə SƏTƏM, təhlükəsizlik/mühafizə, nəqliyyat, ictimaiyyətlə əlaqələr, əmlakın idarə edilməsi sahələri üzrə çalışıb. Bu müddətdə London, Birmingem, Yohannesburq və s. şəhərlərdə beynəlxalq forum və tədbirlərin iştirakçısı olub. Müxtəlif beynəlxalq təlimlərdə iştirak edib.
2014-2015-ci illərdə SOCAR “Azərikimya” İB-də müstəqil layihə rəhbəri, 2015-2020-ci illərdə biznesin inkişafı, satış, təchizat sahələrini əhatə edən böyük miqyaslı ticarət şəbəkə rəhbəri, 2020-2021-ci illərdə “Xəzər Dəniz Servis” MMC-də biznesin inkişafı üzrə rəhbər, 2021-2022-ci illərdə əmlakların idarə edilməsi üzrə fəaliyyət göstərən “Facility Management Group” şirkətində monitorinq/audit şöbəsinin rəhbəri, 2022-2023-cü illərdə isə “SOCAR-Dalğıc” MMC-də biznesin inkişafı üzrə rəhbər kimi çalışıb.
2023-cü ilin sentyabrından “Neftçi” PFK-nın administrativ işlər üzrə direktorudur.