Ələkbər Məmmədov

  • Dönəm:

    Baş məşqçi, 1963-1965, 1971-1972

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Doğum tarixi:

    09.05.1930

SSRİ əməkdar idman ustası, əməkdar məşqçi, Prezident təqaüdçüsü, “Şöhrət” ordeni laureatı Ələkbər Məmmədov 1930-cu il mayın 9-da Bakıda anadan olub.

 O, 1947-1953, 1960-1961-ci illər ərzində “Neftçi”nin heyətində 166 oyun keçirib, 56 qol vurub. Moskvanın “Dinamo” (1953-1959) komandasında da top qovan Məmmədov yüksək liqada 1954, 1955, 1957, 1959-cu illərdə çempion olub. 2 dəfə ən yaxşı 33 oyunçu siyahısında onun da adı olub. SSRİ yığmasına da dəvət alıb. 1960-cı ildə keçirilən Avropa çempionatının seçmə mərhələsində çıxış edib.  

Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb və 1963-1965, 1971-1972-ci illərdə “Neftçi”yə rəhbərlik edib. 1993-cü ildə milli komandanın baş məşqçisi olaraq fəaliyyətini davam etdirib.  

Ələkbər Məmmədov 2014-cü il iyulun 28-də vəfat edib