Vaqif Sadıqov

  • Dönəm:

    Baş məşqçi, 1993-1995, 2009-2010

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Doğum tarixi:

    01.04.1959

1959-cu il aprelin 1-də anadan olub.

Vaqif Sadıqov 1980-1987 və 1989-cu illər ərzində “Neftçi”nin heyətində 126 oyun keçirib, 3 qol vurub.

Futbolçu karyerasını 1993-cü ildə başa vurub və məşqçiliyə başlayıb. İlk iş yeri də "Neftçi" olub. Komandamız 1995-ci ildə məhz onun rəhbərliyi altında ölkə kubokunu qazanıb "Neftçi" avrokuboklarda məhz onun rəhbərliyi altında debüt edib. Kiprin APOEL klubu ilə səfərdə böyük hesabla uduzan (0:3) flaqman Sumqayıtda keçirilən cavab görüşündə qolsuz heç-heçə edib. Klublarımızdan avrokuboklarda ilk xalını qazanan məhz Sadıqovlu "Neftçi" olub.

2009-2010-cu illərdə “Neftçi”nin baş məşqçisi olmuş sabiq yarımmüdafiəçi 1997-1998, 2002, 2005, 2009-cu illərdə Azərbaycan milli komandasını da rəhbərlik edib.