31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart 2020, 10:00

Mart soyqırımı – 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qətliamdır. Bu, XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Allah soyqırım qurbanlarına rəhmət eləsin!