"Neftçi" xanımları təbrik etdi

6 mart 2020, 17:00

"Neftçi” PFK-nın inzibati binasında qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə klub rəhbərliyi və kollektivin digər üzvləri xanım əməkdaşlara və qızlardan ibarət U-13 komandamızın üzvlərinə təbrik və arzularını çatdırıblar, hədiyyələr təqdim ediblər.