"Neftçi" PFK Anatoli Banişevskinin qəbrini ziyarət edib

23 fevral 2020, 16:00

Bu gün "Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin doğum günündən 74 il ötür. Bununla əlaqədar olaraq "Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Səməd Qurbanov, idman direktoru Ceyhun Sultanov, əsas komandanın məşqçi və futbolçu heyəti, U-13 komandasının üzvləri, eləcə də AFFA nümayəndələri və veteran futbolçular Anatoli Banişevskinin qəbrini ziyarət ediblər. Ziyarətçilər əfsanəvi futbolçu haqda xatirələrini bölüşüb, məzar önünə gül qoyublar. Allah rəhmət eləsin!