4 futbolçumuz Avropa çempionatının seçmə mərhələsində
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiyada keçirəcək oyunlar üçün yekun heyəti açıqlanıb. Bu matçlara hazırlıq məqsədilə aprelin 1-dən 5-dək Bakıda təlim-məşq toplanışında olacaq milliyə “Neftçi”nin 4 üzvü – Nailə Əliyeva, Aytac Mirzəyeva, Müjgan Seyidova və İntizar Haqverdiyeva dəvət olunub.