“Neftçi”nin futbolçuları Gürcüstan millisinə qarşı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələ şəhərində təlim-məşq toplanışına başlayıb. İyunun 12-dək davam edəcək hazırlıq prosesində “Neftçi” PFK-nın üzvləri – Məhəmməd İmaməliyev və Sadiq Məmmədli iştirak edirlər. Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək millimiz iyunun 8-də və 11-də Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.