“Neftçi”nin 3 üzvü U-19 milli komandasında
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. İyunun 9-dan 11-dək Bakıda, 12-dən 21-dək isə Qəbələ şəhərində təşkil olunacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 3 üzvü – Rüfət Abbasov, Aslan Şirinov və Murad Məmmədov dəvət olunub. Millimiz hazırlıq çərçivəsində iyunun 16-da gürcüstanlı, 20-də isə belaruslu yaşıdları ilə qarşılaşacaq.