“Neftçi” sonuncu ev oyununda qələbə qazandı
“Neftçi” Gənclər Liqasında bu mövsüm sonuncu ev oyununa çıxıb. “Ağ-qaralar” 42-ci turda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən matçın 62-ci dəqiqəsində Bahadur Quliyev vurub.
Qeyd edək ki, hazırda 39 oyundan 88 xalla 2-ci yeri tutan “Neftçi” 43-cü turda istirahət edəcək, sonuncu – 44-cü turda isə “Qarabağ”ın qonağı olacaq.