“Neftçi” hücumçu transferini rəsmiləşdirdi

9 avqust 2023, 23:30

“Neftçi” mərkəz hücumçusu transferini rəsmiləşdirib. Nigeriyalı Aaron Olanare ilə 1 illik müqavilə bağlanıb. 29 yaşlı futbolçu komandamızın heyətində 25 nömrəli formanı geyinəcək.

Aaron Olanare Nigeriyanın “Şutinq Stars” (2010-2011), “Dolfin” (2011-2012), Norveçin “Volerenqa” (2012-2013), “Sarpsborq” (2013-2014), Çinin “Quanço Siti” (2014-2017), “Siçuan Lonqfor” (2019), “Çanqçun Yatay” (2020), Rusiyanın ÇSKA (2016-2018), “Amkar” (2017-2018), İsrailin “Beytar Yerusəlim” (2018-2019) və Türkiyənin “Erzurumspor” (2021-2023) klublarında çıxış edib. Nigeriya milli komandasının heyətində 7 oyun keçirib, 2 qol vurub. 2015/16 mövsümündə ÇSKA ilə Rusiya çempionu olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi və sol vinger Andre Şinyaşiki ilə anlaşıb.