“Neftçi” “Qarabağ”a böyük hesabla qalib gəldi

26 avqust 2023, 20:05

“Neftçi” Gənclər Liqasında növbəti oyununa çıxıb. Komandamız 2-ci turda “Qarabağ”a 4:1 hesabı ilə qalib gəlib. “Neftçi” Futbol Mərkəzində keçirilən matçda Bəhruz Qurbanlı dubla imza atıb. “Ağ-qaralar”ın digər qollarını Aslan Şirinov və Rəvan Səfərli vurublar.

Qeyd edək ki, ilk turda “Səbail”ə məğlub olan (0:2) “Neftçi” 3 xala malikdir.