“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi

9 sentyabr 2023, 19:31

“Neftçi” Gənclər Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 4-cü turda “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib. “Neftçi” Futbol Mərkəzində baş tutan matçda qolları Bəhruz Qurbanlı və Enar Ağalarov vurublar.

Qeyd edək ki, “Neftçi” 4 oyundan 6 xal toplayıb.