
“Araz-Naxçıvan”la matçın hazırlığı başa çatdı
“Neftçi” Premyer Liqanın 6-cı turunda qarşılaşacağı “Araz-Naxçıvan”la oyunun hazırlığını başa vurub. “Flaqman” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Bərpa prosesini davam etdirən Emil Balayev hazırlıq prosesində iştirak etməyib. Eddi İsrafilov və Ömər Buludov isə komanda ilə birgə məşq ediblər. Məşqdə toplu və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, sentyabrın 16-sı “Dalğa Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Tövsiyə olunur
-
“Oyunun taleyini hakimin səhv qərarları həll etdi”
A Komanda 24 sentyabr 2023, 00:26 -
“Neftçi” Zirədə heç-heçə etdi
A Komanda 23 sentyabr 2023, 22:48 -
“Zirə” ilə oyunöncəsi son məşq
A Komanda 22 sentyabr 2023, 19:29 -
“Zirə” – “Neftçi” matçını Rəvan Həmzəzadə idarə edəcək
A Komanda 22 sentyabr 2023, 16:05