“Neftçi-2”dən inamlı qələbə!

29 aprel 2024, 19:00

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. Komandamız 32-ci turda “Turan Tovuz-2” ilə qarşılaşıb. “Neftçi” Futbol Mərkəzində baş tutan matçda əvəzedicilərimiz 2:0 hesabı ilə qalib gəliblər. Qollara Nurlan Musayev (39-cu dəqiqə) və Kamal Kazımov (76-cı dəqiqə) imza atıblar.

Qeyd edək ki, “Neftçi-2” 32 oyundan 77 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.