“Neftçi” “Qarabağ”la qarşılaşıb

4 may 2024, 21:29

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 33-cü turda “Qarabağ”la qarşılaşıb. “Azersun Arena”da baş tutan matçda meydan sahibləri qələbə qazanıblar – 5:0. Qolları Nəriman Axundzadə (12-ci və 77-ci dəqiqələr), Toral Bayramov (41-ci dəqiqə), Leandro Andrade (66-cı dəqiqə) və Abdullah Zubir (85-ci dəqiqə) vurublar. 78-ci dəqiqədə isə futbolçumuz Yuri Matias qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Neftçi” 33 oyundan 50 xalla turnir cədvəlində 3-cü yeri tutur.