Rəşad Abdullayev

  • Vəzifəsi:

    Baş məşqçi

  • Doğum tarixi:

    01.10.1981

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Qoşulub:

    2018

1981-ci il oktyabrın 1-də Bakı şəhərində anadan olub. 14 yaşında futbolla məşğul olmağa başlayıb, ilk peşəkar klubu "Xəzər Universiteti" olub. Sağ cinah yarımmüdafiəçi mövqeyində çıxış etmiş Rəşad 2004-cü ildə "Xəzər Lənkəran"a keçib və 2009-cu ildə qədər karyerasını burada davam etdirib. Daha sonra "Neftçi" (2009-2012), "Qəbələ" (2012-2013), "Bakı" (2013), "Rəvan" (2013), "Zirə" (2014-2015) və AZAL (2015-2016) klublarında forma geyinib. 2006-cı ildə "Xəzər Lənkəran"la, 2011 və 2012-ci illərdə isə "Neftçi" ilə ölkə çempionu olub. 2 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

Milli komandamızın da üzvü olmuş Abdullayev 35 yaşında futbolçu karyerasını başa vurub və məşqçiliyə başlayıb.

UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.