
“Neftçi” Gənclər Liqasında ilk səfər qələbəsini qazandı
“Neftçi” Gənclər Liqasında növbəti oyununa çıxıb. “Ağ-qaralar” 5-ci turda “Kəpəz”i 4:0 hesabı ilə məğlub edib. Gəncə şəhər stadionunda baş tutan matçda qolları Aslan Hətəmov, Enar Ağalarov, Aslan Şirinov və Bəhruz Qurbanlı vurublar.
Komandamız oyunun gedişində azlıqda qalıb. Mirşahbaz Şahbazov 2-ci hissədə ikinci sarı vərəqə ilə cəzalanaraq meydandan kənarlaşdırılıb. Qapımıza təyin edilən penaltini isə “Neftçi”nin qolkiperi Eldar Babayev dəf edib.
Qeyd edək ki, bununla da ilk səfər qələbəsini qazanan “Neftçi” 5 oyundan 9 xal toplayıb.
Tövsiyə olunur
-
“Neftçi”nin 2 üzvü Avropa çempionatının seçmə mərhələsində!
Akademiya 13 noyabr 2023, 18:00 -
6 futbolçumuz qadınlardan ibarət milli komandada
Akademiya 21 oktyabr 2023, 16:00 -
U-17 milli komandasının ilkin heyəti açıqlanıb
Akademiya 10 oktyabr 2023, 12:06 -
“Neftçi”nin 2 üzvü U-19 milli komandasında
Akademiya 10 oktyabr 2023, 11:26